Milli Məclis “Təhsil haqqında” qanunu dəyişdirir

  • By admin
  • 14 Oktyabr 2016 09:30
millimeclis-2015_40
Bu gün Milli Məclisin növbəti plenar sessiyası keçiriləcək.
Gununsesi.info xəbər verir ki, parlamentin plenar sessiyasının gündəliyinə 30 məsələ daxil edilib.
Parlamentarilər bugünkü plenar sessiyada  “Korrupsiyaya qarşı mübarizə haqqında”, Mülki Prosessual Məcəlləsində,  “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”,  “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Təhsil haqqında”, Əmək Məcəlləsində, Vergi Məcəlləsində , “Reklam haqqında” , “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” , İnzibati Xətalar Məcəlləsində , “Mərkəzi Bankı haqqında” , Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” , “Dövlət rüsumu haqqında”,  “Büdcə sistemi haqqında” , “Dərman vasitələri haqqında” və bir sıra digər qanunlara dəyişiklik və əlavələri müzakirə edəcəklər.
Gununsesi.info