
Milli Məclis “Trans Anadolu təbii qaz sisteminə dair” anlaşma memorandumunu təsdiqləyib.
Gununsesi.info xəbər verir ki. Milli Məclisin payız sessiyasının ilk plenar iclasında “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov müzakirəyə çıxarılan sazişin əhəmiyyəti və mahiyyəti barədə parlamentariləri məlumatlandırıb.
Müzakirələrdən sonra sənəd Milli Məclis tərəfindən təsdiq olundu.
Gununsesi.info











