Milli Məclisin iclası başladı

  • By admin
  • 11 Oktyabr 2022 11:36

Milli Məclisin plenar iclası başlayıb

Gununsesi.info xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.

Spiker bildirib ki, oktyabrın 5-7 tarixlərində İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən “Böyük iyirmilik” ölkələri parlament sədrlərinin 8-ci sammiti çərçivəsində bir sıra görüşlər keçirib.

O, qeyd edib ki, toplantıya xüsusi qonaq qismində dəvət olunub və ilk dəfədir ki, Azərbaycan belə bir toplantıda iştirak edib. Sahibə Qafarova qeyd edib ki, Çakartada çıxışı zamanı 44 günlük Vətən Müharibəsi, Ermənistanın sülh prosesinə maneəçilik yaratması, habelə 12 sentyabrda törədilən erməni təxribatı ilə bağlı məlumat verib. Bundan başqa spiker görüş çərçivəsində yeddi görüş keçirib, görüşlərdə dövlətlərarası münasibətlər və parlamentlərarası münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

“Bütün görüşlərdə 44 günlük müharibədən sonra bölgədə yaranan durum, Azərbaycanın bölgədə sabitlik üçün apardığı işlər, sülhün əldə edilməsi ətrafında məlumat verdim”,-spiker deyib.

Gununsesi.info