Milli Məclisin növbədənkənar iclasları keçirilə bilər

  • By admin
  • 26 May 2023 09:34

Mayın 30-da Milli Məclisin yaz sessiyasının son plenar iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclasların çağırılacağı gözlənilir.

Məlumata görə, iyunda parlamentin azı iki növbədənkənar iclasının keçirilməsi planlaşdırılır.

İyun ayının sonlarında deputatlar növbədənkənar iclasları başa vurub, sentyabrın 15-nə kimi yay tətilinə yollanacaqlar.

Prosedur qaydalarına əsasən parlamentarilər sentyabrın 15-də növbəti payız sessiyasının komitə iclaslarına start verərək, fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edən tərəflər müəyyənləşdirir.

Gununsesi.info