Milli Məclisin növbədənkənar son plenar iclasının vaxtı açıqlandı

  • By admin
  • 20 İyun 2018 11:43

Milli Məclisin növbədənkənar son plenar iclasının vaxtı açıqlandı

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib.

Gununsesi.info-nun məlumatına görə, növbəti – son iclas iyunun 29-a təyin olunub.

İclasın gündəliyinə “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi və digər məsələlər daxildir.

 Qeyd edək ki, növbədənkənar sessiyada iyunun 12-də MM-in daha bir plenar iclası keçirilib.