
Demokratik Qüvvələrin Milli Şurası bu gün Novxanıda Azərbaycan Respublikasının yaranmasının 98-ci ildönümü münasibətilə yürüş-mitinq keçirib. Gununsesi.info xəbər verir ki, 28 May İstiqlal bayramı hər il olduğu kimi, cümhuriyyətin qurucusu Rəsulzadənin abidəsi önündə mitinqlə qeyd olunub. Mitinqdən əvvəl isə mərkəzi yoldan Rəsulzadənin abidəsi olan parka qədər yürüş keçirilib.
Yürüş boyu aksiya iştirakçıları Rəsulzadənin və Cümhuriyyətin, eləcə də Milli Şuranın şəninə müxtəlif şüarlar səsləndiriblər.
Mitinqdə AXCP sədri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli və digər şəxslər çıxış edib.
Cəmil Həsənli Rəsulzadənin keçdiyi yolu, apardığı mübarizəni xalqa xidmətin örnəyi adlandırıb. Milli Şura sədri cıxışında Rəsulzadənin öz çiyindaşları ilə apardığı mübarizədən, göstərdiyi fəaliyyətdən danışıb.