Milli Şura tərəfdarlarını topladı - MİTİNQ

  • Müəllif: admin
  • 08 Aprel 2017 18:17

milli sura mitinq2

Bu gün Milli Şuraya daxil olan siyasi partiyaların Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, Yasamal rayonundakı “Məhsul” stadionunda keçirilən mitinq çoxsaylı polis və təhlükəsizlik qüvvələrinin müşaiyyəti ilə baş tutub.

Aksiyada AXCP lideri Əli Kərimli, Milli Şura sədri Cəmil Həsənli çıxış edərək, diqqəti ölkədəki vəziyyətə yönəldib. Mitinq iştirakçıları Azərbaycanda siyasi məhbus problemi, sosial ədalətsizlik və digər məsələlərə toxunaraq, müxtəlif şüarlar səsləndirib.

Aksiya insidentsiz başa çatıb. Milli Şura tərəfdarları aksiyaya 6-7 min arası vətəndaşın qatıldığını deyib.

Onu da qeyd edək ki, aksiyada Nardaran kəndinin sakinləri xüsusi fəallıqları ilə seçilib.

milli sura mitinq3

milli sura mitinq

Gununsesi.info