Milli Şura və Müsavat Partiyası birgə mitinq keçirib

  • By admin
  • 10 Mart 2018 17:20


Milli Şura və Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) birgə mitinq keçirib.

Gununsesi.info-nun xəbərinə görə, mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib.

Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli, qurumun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev, Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Müsavat Partiyasının başqanı Arif Hacılı, partiya başqanının müavini Səxavət Soltanlı çıxış edib.

Müxalifət liderləri öz çıxışlarında hakimiyyəti tənqid etməklə bərabər siyasi məhbuslara azadlıq istəyiblər.

Gununsesi.info