Millimiz BƏƏ-yə qalib gəldi

  • Müəllif: admin
  • 22 Dekabr 2017 12:38

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan  17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Gununsesi.info-nun AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, BƏƏ-nin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Anna Abulaşvili və Minarə Gözəlova vurub.

Gununsesi.info