Millimiz dünya çempionatına itki ilə yollanacaq

  • By admin
  • 18 Avqust 2017 22:57

bok-milli

Dünya çempionatında çıxış edəcək kişi boksçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Gununsesi.info-nun ABF-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz Almaniyanın Hamburq şəhərində keçiriləcək mundiala itki ilə yollanacaq.

Boksçularımız lisenziya xarakteri daşıyan Avropa çempionatında mundiala 5 vəsiqə qazansa da, Almaniyada rinqə 4 idmançımız çıxacaq. Buna səbəb Abdulqadir Abdullayevin (91 kq) heyətdən kənar qalmasıdı.

Həkimlər hazırlıqda zədələnən boksçunun rinqə çıxmasına icazə verməyiblər. Bu üzdən də mundialda ölkəmizi Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcək.

Gununsesi.info