Millimiz Rumıniya komandasına qalib gəldi

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 08:55

milli-rumin

Rumıniyanın Buftea şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, qrup oyunlarına ev sahibliyi edən Rumıniya komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb.

Rəqib komandanın qapısına topu Xaqani Sadıqov vurub.

Gununsesi.info