Paytaxtda yaşayış binasında yanğın baş verib

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 08:47

fhn-1

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 8 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 21:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info