Millimiz üstünlüyü əldən verdi

  • By admin
  • 05 Sentyabr 2020 21:30

UEFA Millətlər Liqasının I turunun Azərbaycan – Lüksemburq oyununda hesab dəyişib.

Gununsesi.info-nun məlumatına görə, qonaqlar 48-ci dəqiqədə tarazlığı bərpa ediblər.
Anton Krivotsyuk avtoqol müəllifi olub.

21:01

UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan – Lüksemburq matçının ikinci hissəsi başlayıb.

Gununsesi.info xəbər verir ki, qarşılaşmanın ilk hissəsi Azərbaycan yığmasının hesabda 1:0 üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, matçda hesab 43-cü dəqiqədə açılıb. Yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.

20:50

UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan – Lüksemburq matçının birinci hissəsi başa çatıb.

Gununsesi.info- xəbər verir ki, qarşılaşmanın ilk hissəsi Azərbaycan yığmasının üstünlüyü ilə yekunlaşıb.

Qeyd edək ki, matçda hesab 43-cü dəqiqədə açılıb. Yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.

20:48

UEFA Millətlər Liqasının I turu çərçivəsində keçirilən Azərbaycan – Lüksemburq matçında ilk qol vurulub.

Gununsesi.info-nun məlumatına görə, yığmanın hücumçusu Ramil Şeydayev 43-cü dəqiqədə topu rəqibin qapısından keçirib.

20:01

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.
Gununsesi.info–nun məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edir.
C liqasının I qrupunun digər matçında isə Kipr və Monteneqro yığmaları üz-üzə gəlirlər.

Gununsesi.info