Millimizin futbolçusu azarkeşi təhqir etdi

  • By admin
  • 14 Noyabr 2017 14:30

21 yaşlılardan ibarət yığmamızın və “Neftçi”nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib.

Gununsesi.info apasport.az-a istinadən xəbər verir ki, bəstəboy hücumçu bu dəfə də oyunu ilə yox, özünü apara bilməməsi ilə seçilib.

Noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan Elnur 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib. Fiaskodan bir gün sonra bahalı avtomobildə gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı “qoçu”su onun çıxışından narazı olan azarkeşi təhqir edərək, söhbətə çağırıb.

Gununsesi.info