Millinin formaları 3 dəqiqəyə satılıb qurtardı

  • Müəllif: admin
  • 02 İyun 2018 16:34
İ
Nigeriya yığmasının DÇ-2018-də geyinəcəyi forma satışa çıxarılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, formalar satışa çıxarılandan cəmi 3 dəqiqə sonra tamamilə satılıb qurtarıb. Bu barədə məlumatı formaları satışa çıxaran kompaniyanın mətbuat xidməti yayıb.
Məlumata görə, “Nike” istehsalı olan formaların kişilər və qadınlar üçün olanları tam satılıb. Yalnız uşaqlar üçün olan formalardan qismən qalıb.
Nigeriya Futbol Federasiyası 3 milyon forma sifarişi aldıqlarını bildirib.
Nigeriya yığmasının D qrupundakı rəqibləri İslandiya, Xorvatiya və Argentinadır.