
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Şimali İrlandiya yığması ilə qarşılaşacağı stadion müəyyənləşib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycan – Şimali İrlandiya qarşılaşması iyunun 10-da “Bakcell Arena”da keçiriləcək.
Qeyd edək ki, matçın start fiti Bakı vaхtı ilə saat 22.00-da veriləcək.
Anar
Gununsesi.info










