

ABŞ Senatı milyarder Uilbur Rossu ölkənin ticarət naziri postuna namizədliyini təsdiqləyib.
Gununsesi.info rian-ru-ya istinadən xəbər verir ki, milyarder U. Ross Senatdakı səsvermə zamanı senatorların yarıdan çoxunun səsini qazanıb.
79 yaşlı U.Ross daha çox müflis olmuş şirkətləri alraq daha sonra baha qiymətə satan bir iş adamı kimi məhşurdur. O, “W.L. Ross & Co.” şirkətinə rəhbərlik edib.
Forbesin məlumatına görə Rossun 2,5 milyard dolalr sərvəti var.
Donald Tramp iş adamının nazir postuna təyin etməklə Çin və Meksika kimi ölkələrlə uğurlu ticari saziş imzalamaqla ticarət dövriyyəsindəki defisiti azaltmağa nnail olacaq.
Gununsesi.info