Milyarder özündən 24 yaş kiçik sevgilisi ilə evləndi

  • By admin
  • 09 İyul 2019 09:24

“Forbes” jurnalına görə Rusiyanın ən zəngin adamlarından biri, “Diksi”, “Krasnoye&Beloye”, “Bristol” kimi şirkətlərin sahibi İqor Kesayev ikinci dəfə ailə həyatı qurub.

Gununsesi.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı milyarder 28 yaşlı Ukrayna gözəli Olqa Klimenko ilə münasibətlərini rəsmiləşdirib.

 Məlumat üçün bildirək ki, O. Klimenko “Miss Sarışın Ukrayna-2013” və Livanın Beyrut şəhərində keçirilən “Miss World Next Top Model 2014” müsabiqələrinin qalibidir. Ukrayna gözəli hazırda Kesayeva məxsus “World Fashion” telekanalında aparıcılıq edir. Bundan əlavə, 28 yaşlı qızın “Moskva-Siti”nin “Merkuri” qülləsininin 1-ci mərtəbəsində restoranı da var.

Qeyd edək ki, oliqarx birinci həyat yoldaşı Stella Kesayevadan 2017-ci ildə boşanıb.



Gununsesi.org