Milyarderlərin milyon dollarlıq oyuncaqları - SİYAHI

  • Müəllif: admin
  • 02 İyul 2017 14:46

happy businessman with heap of money

Milyarder olmaq heç də daxilindəki körpəni öldürmək demək deyil. Əksinə belə insanların əylənmək, çılğınlıq etmək üçün daha çox maddi imkanı vardır. Milyarderlər öz maraq dairələrinə uyğun olan əşyaları satın almaq üçün külli miqdarda pul xərcləməkdən çəkinmirlər.

Gununsesi.info dünyanın ən varlı adamlarının qiymətli mülk və əşyalarının siyahısını təqdim edir.

– Tesla CEO-su Elon Musk 2013-cü ildə iştirak etdiyi auksionda “Lotus Esprit” markalı sualtı gəmi üçün 866 min dollar ödəniş edib. 1977-ci il istehsalı olan gəmidən baş rolda Ceyms Bondun oynadığı “The Spy Who loved me” filminin çəkilişlərində istifadə olunub.

– “Microsoft” şirkətinin yaradıcılarından biri olan Paul Allen dünyanın ən böyük yaxtalarından birinə sahibdir. “Octopus” adlı yaxtanın uzunluğu 126 metrdir. Qiyməti isə milyon dollarlarla ölçülür.

Bill Qeytsin evində nəhəng kitabxana var. Kitab həvəskarı olan Qeyts nadir tapılan kitabları əldə etmək məqsədilə məşhur mütəxəssislərlə çalışır. Onun kitabxanasında olan qiymətli əsərlərdən biri Leonardo da Vinciyə məxsus “Codex Leicester”dir. Bill Qeyts həmin əsəri 1994-cü ildə 30,8 milyon dollara satın alıb.

– Rusiyalı iş adamı Mixail Prokorov daha bahalı “oyuncaq”lara sahibdir. Onların arasında bənzəri olmayan əşyalar var. Məsələn, virtual sürüşmə maşını.

Stiv Cohenin sənət əsərləri kolleksiyasının dəyəri 1 milyard dollardır. Bu kolleksiyanın içərisinə məşhur sənətkar Damien Hörstün tankın içərisində təsvir olunmuş ölü köpəkbalığı əsəri də daxildir. Bu əsər 2004-cü ildə 12 milyon dollara alınıb.

Mukeş Anbani dünyanın ən varlı adamlarından biridir. Hindistan xalqının 42 faizi səfalət içərisində yaşadığı bur vaxtda Anbani dünyanın ən bahalı evini inşa etdirmişdi. 27 mərtəbəli lüks ev 3 min kvadratmetrlik ərazidə tikilib və qiyməti 1 milyard dollardır.

– Lixtenşteyn şahzadəsi Hans Adam 2004-cü ildə 36 milyon dollar ödəməklə dünyanın ən bahalı mebelinə sahib olub. “Badminton Cabinet” adlı şkafın hazırlanmasında olduqca qiymətli daşlardan istifadə olunub.

Gununsesi.info