
Şabran rayonunda intihar faktı qeydə alınıb.
Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, Şabran şəhər sakini 1979-cu il təvəllüdlü Cəbiyev Vüsal Bahadur oğlu özünü yaşadığı evin həyətində aşıb.
İki uşaq atası olan C.Cəbiyev Daxili İşlər Nazirliyinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının serjantı olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Gununsesi.info