Mingəçevir şəhərində yollar əsaslı şəkildə təmir ediləcək.
Gununsesi.info xəbər verir ki, əsaslı təmir Hüseyn Abbasəliyev küçəsi və həmin küçənin bütün döngələrində aparılacaq.
Mingəçevir şəhərində yolların təmir işlərinin dəyəri 713.367,82 manat təşkil edəcək.
Təmir işləri yol infrastrukturunun yenilənməsinə, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinə şərait yaradacaq. Layihənin icrası ümumilikdə şəhərin abadlıq səviyyəsinin yüksəlməsinə, əhalinin həyat keyfiyyətinin yaxşılaşmasına və nəqliyyat axınının optimallaşdırılmasına töhfə verəcək.












