Mingəçevirdə insan alverinə “yox” deyildi

  • Müəllif: admin
  • 21 Oktyabr 2016 10:18

ming
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gənc Ana və Uşaqların Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən “İnsan alverinə yox deyək” layihəsi çərçivəsində Milli QHT Forumunun Mingəçevir regional Resurs və təlim mərkəzində seminar görüş keçirilib. Gununsesi.info-nun xəbərinə görə, “Gənc Ana və Uşaqların Maarifləndirilməsi” İctimai Birliyinin təlimçisi, müstəqil ekspert Ümidvar Həsənov ölkəmizdə insan alverinə qarşı hüquq mühafizə orqanları ilə yanaşı, ictimai təşkilatların, birliklərin də ciddi mübarizə apardıqlarını qeyd etdi. O, bildirib ki, tədbirin keçirilməsində məqsəd bu sahədə ictimaiyyətin, xüsusən gənc qadınların məlumatlılığını artırmaq, insan alveri və zorakılıqla mübarizədə ictimai fəal gənclərin gücündən istifadə etməkdir.