
Rusiya Prezidenti Vladimir Putinin işə getmə prosesi lentə alınıb. Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, hər gün xidməti avtomobili ilə yola düşən prezidenti digər 3 maşın və 11 motosikletin müşayiət etdiyi görünür. Motosikletlərin sayı yol boyu müntəzəm olaraq dəyişir.
Diqqət çəkən məqamlardan biri də Putinin onu qarşılayan zabitlərlə səmimi şəkildə görüşməsidir. Gununsesi.info həmin görüntüləri təqdim edir:












