Minsk qrupunun taleyi necə olacaq… - Rusiyalı poltoloqun ŞƏRHİ

  • By admin
  • 29 Aprel 2022 10:16

ATƏT-in Minsk qrupu çərçivəsində Vaşiqton və Paris Rusiya ilə əlaqələri kəsib. Bu, fevralın 24-də Rusiyanın Ukraynada başlatdığı müharibə səbəb olub.

Bu halda, Minsk qrupunun Azərbaycan və Ermənistan arasındakı vasitəçilik rolunun axırı necə olacaq?
Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov Modern.az-a ATƏT-in Minsk qrupunun taleyi barədə danışıb, iki ölkə arasında münasibətlərin normallaşması üçün alternativ yolları şərh edib.

Onun sözlərinə görə, Paris və Vaşinqtonun Moskva ilə ATƏT-in Minsk qrupu çərçivəsində qarşılıqlı əlaqəsi ən azı Rusiya-Ukrayna müharibəsndə sülh sazişi bağlandıqdan sonra bərpa oluna bilər:

“Bundan başqa, hansısa yeni irimiqyaslı beynəlxalq böhran başlayacağı təqdirdə də Qərb dövlətləri Rusiya ilə açıq əməkdaşlığa ehtiyac duya bilər. Belə bir hadisənin mütləq Cənubi Qafqazda olması lazım deyil.

 

Prinsipcə, ABŞ və Fransa bu məsələdə yalnız öz mövqelərindən çıxış edirlər. Məsələn, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin bu yaxınlarda verdiyi şərhdən başa düşmək olar ki, Ukrayna ətrafındakı böhran fonunda Rusiya ilə qarşılıqlı əlaqə Vaşinqton üçün mürəkkəbdir. Lakin yenə də amerikalı diplomat birbaşa Moskva ilə əməkdaşlığı mümkünsüz adlandırmayıb”.

Politoloq qeyd edir ki, Azərbaycan və Rusiya da ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların aparılmasını istəmir:

“Başqa bir şeyə də diqqət yetirmək lazımdır.  Həm Azərbaycan, həm də Rusiya rəsmilərinin ATƏT-in Minsk qrupu formatında danışıqların perspektivləri ilə bağlı çox da ürəkaçan vədlər vermirlər. Bu fonda Minsk qrupunun işinin effektivliyi ən azı yaxın gələcəkdə ola bilər. Belə olan halda Qərb oyunçuları həm İrəvan, həm də Bakı üçün məqbul olan danışıqlara görə digər platformalara daha praktik əhəmiyyət verirlər.

Məsələn, Avropa İttifaqının(Aİ) vasitəçilik səyləri yaxın gələcəkdə kifayət qədər aktiv ola bilər. Öz növbəsində, Birləşmiş Ştatlar yaxın gələcəkdə söz sahibi olduqlarını nümayiş etdirməyə üstünlük verəcəklər, amma həmişəki kimi üzərlərinə məsuliyyət götürməyəcəklər. Təbii ki, Moskva danışıqlar prosesi çərçivəsində Bakı və İrəvanla fəal işləməyə davam edəcək”.

Gununsesi.info