Miqrant gəmisi qəzaya uğradı – 79 ölü

  • Müəllif: admin
  • 09 İyun 2018 13:45

Tunisdə qeyri-leqal miqrantları daşıyan qayığın qəzaya uğraması nəticəsində 79 nəfər ölüb.

Bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə ölkənin cənub-şərq sahillərində baş verib. Daha əvvəl Tunisin Daxili İşlər Nazirliyi 74 nəfərin cəsədinin tapıldığını bildirib.

Hadisə yerinə gələn milli qvardiya və Hərbi Hava Qüvvələrinin bölmələri 68 miqrantı xilas edib.