
Aralıq dənizində miqrantları daşıyan gəmi batıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Belə ki, Aralıq dənizində miqrantları daşıyan qayığın aşması nəticəsində 34 nəfər boğularaq ölüb,100-lərlə insan isə itkin düşüb.
Hazırda Aralıq dənizində itkin düşənlərin axtarışı davam etdirilir.
Anar
Gununsesi.info












