
İspaniyanın Lansarote adasına keçmək istəyən miqrantların qayığı batıb.
Gununsesi.info xəbər verir ki, qayığın batması nəticəsində 7 nəfər həlak olub, 20 nəfər isə sahilə çata bilib. İki nəfərin vəziyyəti ağır olduğundan onlara tibbi yardım göstərilir.
Məlumata əsasən, 5 miqrantın cəsədi qayıqda, biri dənizdə aşkar edilib. Digər miqrantın ölüm səbəbləri açıqlanmır.
Gununsesi.info