Mirzoyan Türkiyənin dəvətini diplomatik hadisə adlandırdı

  • By admin
  • 02 Fevral 2022 14:34

“Mən və xüsusi nümayəndə Ruben Rubinyanın Türkiyəyə dəvət olunması mühüm beynəlxalq diplomatik hadisədir”.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avstriyalı həmkarı Aleksandr Şalenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Hələ Antaliya Diplomatik Forumunda iştirak edib-etməyəcəyimizlə bağlı qərar verməmişik. Məsələ müzakirə mərhələsindədir”, – erməni nazir bildirib.

Qeyd edək ki, ötən günlərdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyinə söz verdiyini bəyan edib. Onun sözlərinə görə, rəsmi İrəvan Ankaranın Antaliya Diplomatiya Forumuna dəvətini müsbət qarşılayıb. Səfər zamanı Ermənistan nümayəndə heyətinə Paşinyanın şəxsən rəhbərlik edəcəyi gözlənilir.

Gununsesi.info