Misir Suriyaya əsgər göndərdi

  • By admin
  • 30 İyul 2020 17:54

Misir Suriyanın hökumət ordusunun sıralarında döyüşmək üçün 150 əsgər göndərib.

Gununsesi.infobildirir ki, bu barədə “Anadolu” agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, Misir əsgərləri bu günlərdə Suriya ordusunun nəzarətindəki Hama aerodrumuna göndərilib.

Burada iki hissəyə ayrılan əsgərlərin bir hissəsi Hələbin qərbindəki Xan Asel bölgəsinə, digər hissəsi isə İdlibin cənubundakı Sərakib rayonuna yerləşdirilib.

Gununsesi.info