Misir Suveyş kanalından gəlirini 12% artırıb

  • By admin
  • 03 Yanvar 2022 18:42

2021-ci ildə Misir hökuməti ölkə ərazisindəki Süveyş kanalından 6,3 milyard ABŞ dolları gəlir götürüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 0,7 milyard dollar və yaxud 12,3% çoxdur.

Ötən il kanaldan 20 894 gəmi keçib və 1,27 milyard ton yük daşınıb ki, bunlar da əvvəlki ilə nisbətən müvafiq olaraq 9,9% və 8,6% çoxdur.

 

Gununsesi.info