
Misirin paytaxtı Qahirənin yaxınlığında yerləşən Tanta şəhərində törədilən partlayış nəticəsində azı 16 nəfər ölüb.
Gununsesi.info-nun newsru.co.il-ə istinadən verdiyi xəbərə görə, naməlum şəxslər partlayıcı qurğunu Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim mərkəzi yaxınlığında quraşdırıblar. Məlumata görə, bir qrup kursant təlim mərkəzindən çıxarkən partladıcı qurğu işə salınıb.
Xəsarət alanlar arasında 13 polis əməkdaşı və yoldan keçən 3 mülki şəxs var. Bir neçə yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Gununsesi.info