Misirdə 80-dən çox qədim məzar aşkar edilib

  • Müəllif: admin
  • 13 Fevral 2020 16:39

Misirin Dakahliya əyalətində qazıntılar aparan arexeoloji qrup 83 qədim məzar aşkar edib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkənin Əntiq dövrü üzrə Ali Şuranın rəhbəri Mustafa əl-Vaziri Umm əl-Xəlcan bölgəsində tapılan məzarların eramızdan əvvəl dördüncü minilliyin birinci yarısına təsadüf etdiyini bildirib.

Mütəxəssis həmçinin bu məzarların oval quyu formasında düzəldildiyini vurğulayıb.

Məzarlarda gil tabutlar və müxtəlif qab-qacaq olub.

Onun sözlərinə əsasən, o dövrə aid gil tabut ilk dəfədir ki Dakahliyada tapılır.

Əl-Vaziri bu bölgədə daha çox analoji məzarların tapılacağından əmindir.

Gununsesi.org