Miskin komandan - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 15 May 2020 23:13

 

 

Hansısa büdcə təşkilatında çalışan şəxslərin korrupsiya və rüşvətə bulaşması Azərbaycan kimi ölkədə adi həyat norması sayılıb. 

Amma ən dözülməzi dövlətin qanunçuluğa, təhlükəsizliyinə cavabdeh qurumların özlərinin bu çirkabda üzməsidir.

Torpaqları Ermənistan tərəfindən işğal altında qalan, Rusiya və İran kimi işğal pusqusunda dayanan qonşusu olan bir dövlətin Sərhəd Xidmətində də mütəşəkkil cinayətkar dəstə varmış.

DTX və  Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsindəDövlət Sərhəd Xidmətində gerçəkləşdirdiyi əməliyyatda general-leytenant rütbəsini daşıyan komandan müavininin həbsi də adi qarşılanmamalıdır.

Ordunun ali zabit heyətinə daxil olan general illərdir ki, böyük bir cinayətin içində imiş.

Bu olay və ondan qabaq mədəniyyət nazirinin müavininin də həbsini qabardan ictimaiyyət hər iki qurumların başında duranların da məsuluyyətini tələb edir.

Belə də olmalıdır. Mümkün deyil ki, rəhbərlik etdiyi orduda mütəşəkkil dəstə formasında cinayət törədilir amma komandan bundan bixəbərdir.

İstər nazir Əbülfəs Qarayevin, istərsə də komandan Elçin Quliyevin tabeçiliyində olan şəxslərin cinayətlərindən xəbərlərı illər uzun olub.

Bu gün Elçin Quliyevin dəniz kənarındakı villasını qiymətləndirmək, kifayyət edir ki, onu da korrupsiya və rüşvət burulğanında üzdüyünü təsdiqləsin.

Bu cür cinayətlər illər öncəyə gedib. Təəssüflər olsun ki, o zamanın Milli Təhlükəsizlik Nazirliyi bu kimi faktları bilsə də amma tədbir görülmürdü və  bu faktlar “Domokl qılıncı” kimi  həmin şəxslərin başı üzərində dayanırdı.

Nəticədə həmin adamlar Mahmudov qarşısında miskin duruma düşməklə yanaşı, onun  tərəfindən “aylığa” otuzdurulurdu, həm də MTN -nin özünün törətdiyi cinayətlərdə maşa rolunu oynayırdı.

Ləğv olunmuş MTN-nin İrandan yüz kiloqramlarla narkotik keçirməsini də Elçin Quliyev “görmürdü”.

Yeri gəlmişkən, bir faktı xatırladım:

Milli Təhlükəsizlik Nazirliyinin mənə qarşı quraşdırdığı saxta ittihamlarda 6 ədəd “Makarov” silahının İran İslam Respublikasından gətirildiyi iddia olunurdu.

İttiham Aktında yazılır: İran İslam Respublikasının “Rza” və “Hüseyn” adlı vətəndaşları bu ölkəyə məxsus dövlət-qeydiyyat nişanlı avtomobillə iki ölkənin sərhədini keçərək, silahları Biləsuvara gətirib.

Bu o deməkdir ki, silahlar nə atla Yardımlı dağlarından nə də Araz çayını keçərək, gəlməyib. Çünki, ittiham aktında qeyd olunur ki, İran İslam Respublikasına məxsus maşınla silahlar gəlib. 

Bu proses zamanı vəkillərim Dövlət Sərhəd Xidmətinə həmin gün sərhəddən “keçeən” “Rza” və “Hüseynin” anket məlumatları, kamera görüntüləri haqqında soğru verdi. 

Özüm də ayrıca DSX rəisi Elçin Quliyevə məktub yazdım. Amma DSX nə bu sorğulara, nə də məktubuma cavab verdi.

O zaman məhkəmədə ilk çıxşımda sərhədi qoruya bilməyən Elçin Quliyevin istefasını tələb etmişdim.

Tələbim qüvvəsindədir…

DSX-dakı həbslərlə bağlı general-polkovnik Elçin Quliyevə şəxsən telefon açdım.

Sanki, dəstəyin o biri başında bir komandan deyil, general qarşısında dayanan əsgər idi.

Səsi titrəyirdi, miskin idi…

Pərviz Həşimli

Gununsesi.org