
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdış və Ukraynanı ukraynalılara qaytarmaq planı hazırlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə M.Saakaşvili öz “facebook” səhifəsində yazıb.
O qeyd edib ki, Ukraynaya dönüşü ilə bağlı planını avqustun 16-da açıqlayacaq. Saakaşvili bu planı birbaşa efir vasitəsi ilə ictimaiyyətə açıqlayacaq. O hələlik bu plan və detalları barədə məlumat vermək istəmədiyini dilə gətirib.
Saakaşvili hələ bir müddət öncə Ukrayna ilə bağlı planlarının olduğunu, xüsusən də moldaviyalı və donbaslı oliqarxlardan ölkəni azat etmək haqqında planının olduğunu dilə gətirib.
2017-ci il iyulun 26-da prezident Pyotr Poroşenkonun sərəncamı ilə M.Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib. Həmin vaxt Saakaşvili ABŞ-da səfərdə olub.
Gununsesi.info












