
Odessanın sabiq qubernatoru Mixail Saakaşvili deyib ki, onun pasportunu polis oğurlayıb.
Gununsesi.info “unian”a istinadən xəbər verir ki, bunu Mixail Saakaşvili bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsini keçən zaman pasportunu yoxlamaq üçün sərhədçilərə təqdim etsə də, onlar götürmək istəməyiblər. “Dedilər ki, bu bizə lazım deyil. Mən Polşa sərhəddini qanuni keçdim. Polyaklar pasportuma möhür vurdular, ondan sonra Ukrayna sərhədçilərinə təqdim etdim. Onlar mənə dedilər ki, biz sizin pasportu götürmürük. O zaman dedim ki, məni müdafiəyə götürün, onu da etmədilər. Odur ki, mən qanuni olaraq Ukraynadayam”- deyə, Saakaşvili vurğulayıb.
Saakaşvili onu da əlavə edib ki, insanlar onu əllərində Ukraynaya keçirdilər və o zaman pasportunu avtobusda qoyub: “Bundan sonra polis gəlib avtobusda axtarış apardı və o zaman pasportumu oğurladılar. İndi hardadır bilmirəm”.
Gununsesi.info











