
Azərbaycanda ahıl yaşlı kişiyə hücum olub.
Gununsesi.info-nun xəbərinə görə, hadisə Tovuz rayonunun Qovlar kəndində qeydə alınıb. Belə ki, tanımadığı şəxs rayon sakini 60 yaşlı Kərəm Hacıyevin baş nahiyəsinə küt alətlə xəsarət yetirərək , əlindəki mobil telefonu alaraq, uzaqlaşıb. Ağır xəsarət alan K.Hacıyevi xəstəxanaya çatdırıblar.
Hüquq mühafizə orqanın əməkdaşlarının isti izlərlə öyrəniblər ki, mobil telefonu quldurluq yolu ilə alan Tovuz rayonunun Əlimərdanlı kənd sakini Tural Məmmədovdur. Hazırda sözügedən şəxs tutulub.
Faktla bağlı araşdırma aparılır.
Gülnaz Qənbərli
Gununsesi.info