Moldova Baş nazirinin müavini Azərbaycana gəlir

  • By admin
  • 08 Fevral 2017 16:20

moldova-2

Fevralın sonunda Bakıda Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Bunu Gununsesi.info-ya Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib.

Onun sözlərinə görə, iclasda iştirak etmək üçün Bakıya Moldova Baş nazirinin müavini Oktavian Kalmık səfər edəcək.

Diplomat  bildirib ki, hazırda tərəflər iclasın keçirilməsinə hazırlıq üzərində işləyirlər:

“İclas zamanı ticari-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərinə baxılması planlaşdırılır. İclasda iqtisadiyyat, mədəniyyət və təhsil məsələləri müzakirə olunacaq.

Həmçinin yeni sənədlər üzərində iş gedir. Eləcə nəqliyyat və digər sahələrdə saziş layihələri üzrə iş aparılır”.

Diplomat deyib ki, baş nazirin müavini Bakıda bir sıra rəsmilərlə görüşləri də nəzərdə tutulub: “Bu görüşlərdə də iki ölkə arasında əlaqələrin inkiaşf perspektivləri müzakirə olunacaq”.

Səfir onu da əlavə edib ki,  fevral ayının sonunda Moldova xarici işlər nazirinin müavini Lilian Dariy Azərbaycana səfər edəcək: “Səfərdə məqsəd Bakıda Azərbaycan-Moldova XİN-lər arasındakı siyasi məsləhətləşmələrdə iştirak etməkdir”.

Mürtəza

Gununsesi.info