Moldova prezidenti Azərbaycana rəsmi səfər edəcək

  • By admin
  • 10 Fevral 2020 16:44

Moldova Prezidenti İqor Dodon Azərbaycana rəsmi səfər edəcək.

Gununsesi.org xəbər verir ki. bu barədə Oxu.Az-a Moldova-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Fedor Qaqauz məlumat verib.

Onun sözlərinə görə, Moldova prezidentinin Azərbaycana rəsmi səfəri bu ilin mart ayına planlaşdırılıb.

“Səfər çərçivəsində iqtisadi sahədə ikitərəfli əlaqələrin intensivləşdirilməsi ilə bağlı sənədin imzalanması planlaşdırılır”, – deyə o bildirib.

Deputatın sözlərinə görə, Moldova parlamentinin spikeri Zinaida Qreçanıy da 2020-ci ildə Bakıya səfər etmək niyyətindədir.

Gununsesi.org