Moldova Rusiya ilə birləşir

  • By admin
  • 10 Sentyabr 2016 12:42
moldova
Moldovanın Dnestryanı separatçı rejiminin də Rusiyaya birləşdirmək qərarı verildi.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, separatçı Dnestryanı  rejimin rəhbəri Yevgeni Şevçuk artıq  bu qondarma rejimin  Rusiya Federasiyasına birləşdirilməsinə dair fərman da imzalayıb.
Y.Şevçuk Rusiyanın Federal qanunvericiliyi əsasında iki həftə müddətində dövlət komissiyasının yaradılmasını tapşırıb.
O, “2006-cı il 17 sentyabr respublika referendiumunun nəticələrinin reallaşdırılması barədə” Fərman imzalayıb. Həmin referendiumun nəticələri  Dnestryanı bölgənin Maldovadan ayrılmasını, sonrakı mərhələdə isə Rusiyanın tərkibinə daxil olmasını nəzərdə tutur.  Buna baxmayaraq, Moskva referendiumun nəticələrinin tanınmasına dair qərar çıxartmayıb. 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  qondarma  Dnestryanı Respublikasının Rusiya Federasiyasına başlanılması barədə fərmanı  şərh etməkdən imtina edib. “Kremlin  reaksiyasının nədən ibarət olacağını bilmədiyimdən mən bu suala cavab verə bilmərəm. Bu fəaliyyətin nəyə əsaslandığını anlamaq lazımdır”- deyən Peskov məsələ ilə bağlı fikir bildirməkdən yayınıb.
Gununsesi.info