Moldovada Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO

  • By admin
  • 11 İyul 2017 17:30

moldova azer

İyulun 11-də Moldova Azərbaycanlıları Konqresi və Konqresin Gənclər təşkilatının nümayəndələri Kişinyov şəhərinin mərkəzində, həmçinin Ermənistanın Moldovadakı səfirliyinin qarşısında aksiya keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Moldovada yaşayan türk və qaqauz ictimai təşkilatlarının nümayəndələrinin də qatıldığı aksiya Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklərə etiraz məqsədilə təşkil edilib.

Aksiyada Ermənistan ordusunun işğalçı siyasətini nümayiş etdirən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistan səfirliyinin binası qarşısında, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı körpə Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyeva şəkillərini nümayiş etdiriblər. Eyni zamanda, Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriblər.

Etiraz aksiyasında çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.

moldova azer2

Gununsesi.info