“Mortal Kombat”ın qəhrəmanı Bakıda – FOTO

  • Müəllif: admin
  • 02 May 2018 12:05

1980-1990-cı illərdə canlandırdığı mənfi obrazlarla məşhurlaşan amerikalı aktyor Keri Hiroyuki Taqava Bakıya gəlib.

Gununsesi.info xəbər verir ki, aktyorun İçərişəhərdə gəzinti zamanı çəkilən fotosunu Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev “Instagram” hesabında paylaşıb.

Qeyd edək ki, “Mortal Kombat” filmi ilə tamaşaçıların sevgisini qazanan məşhurun Bakıya hansı səbəblə gəldiyi məlum deyil.

Gununsesi.info