“Moskva sazişinin mürəkkəbi qurumamış Ermənistan Gəncəyə zərbələr endirib” Ukraynadakı səfirimiz

  • By admin
  • 19 Oktyabr 2020 10:53

Regionda vəziyyətin növbəti dəfə kəskinləşməsi bir səbəblə – Ermənistan tərəfindən dinc əhaliyə qarşı təxribatla bağlıdır. Moskva sazişinin mürəkkəbi qurumamış Ermənistan Gəncəyə ballistik raketlərlə zərbələr endirib. Sonra ikinci və nəhayət oktyabrın 17-də ən dağıdıcı zərbə. Hərbçilər tərəfindən dinc əhaliyə qarşı tətbiq edilməsi qadağan olunmuş “Elbrus” və “Toçka U” raket komplekslərindən buraxılmış ballistik raketlərlə Gəncə şəhərinin vəhşicəsinə atəşə tutulmasının qurbanlarının sayı artır.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu sözləri Ukraynanın “Pryamoy” telekanalının efirində söyləyib.

Səfir dinc vətəndaşların vəhşicəsinə atəşə tutulmasını və mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyərək öz ədalətli mövqeyini növbəti dəfə nümayiş etdirmiş Ukraynaya təşəkkürünü bildirib.

Gununsesi.info