Moskvada Avropanın ən hündür binasının inşası bu il başa çatdırılacaq

  • By admin
  • 05 Avqust 2017 22:15

moskvaa=9

Moskvada Avropanın ən hündür göydələninin – “Moskva-Siti” kompleksində yerləşən “Federasiya” qülləsinin inşasının bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Gununsesi.info “vistanews.ru”ya istinadla xəbər verir ki, bu barədə Moskva merinin müavini məlumat verib. Hündürlüyü 374 metr olan “Federasiya” qülləsi “Moskva-Siti” işgüzar mərkəzinin flaqman layihəsidir. Göydələn iki qüllədən ibarətdir: 63 mərtəbəli qüllə və 95 mərtəbəli “Şərq” qülləsi. İki qüllə ticarət mərkəzi yerləşən daha bir bina ilə birləşdirilib.

Ümumiyyətlə, “Moskva-Siti” kompleksinin bütün obyektlərinin tikintisinin 2019-cu ilədək başa çatdırılması nəzərdə tutulur.

Gununsesi.info