Moskvada bomba təhdidi - PARTLAYIŞ OLA BİLƏR

  • Müəllif: admin
  • 10 Yanvar 2018 19:45

Moskvanın Yaroslav vağzalında bomba qoyulması barədə anonim zəng daxil olub.

Gununsesi.info xəbər verir ki, hazırda kinoloqlar vağzalda partlayış təhdidi ilə bağlı yoxlama aparırlar.

Yoxlama zamanı təxliyyə işlərinin aparılıb-aparılmayacağı hələ bildirilmir.

Qeyd edək ki, ötən il sentyabrın 11-dən indiyədək Rusiyada 4 mindən artıq obyektə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub, 2.6 milyondan çox insan təxliyə edilib.

Gununsesi.info