Moskvada polis mayoru 10 mini ağzında yeyərkən tutuldu – Foto

  • By admin
  • 07 Noyabr 2019 08:36

Moskvada polis mayoru rüşvət alarkən yaxalanıb.

Gununsesi.org” Rusiya KİV-nə istinadən xəbər verir ki, 10 min rubl alan polis hüquq-mühafizə orqanlarının əməkdaşlarını görərkən əskinasları yeməyə başlayıb. Pulun 5 mini xilas olunub.

 Mayor rüşvəti cinayət faktını ört-basdır etmək üçün alıb. Hazırda onu 1 ilədək həbs, cərimə və digər cəzalar gözləyir.