Moskvada taxtadan çoxmərtəbəli bina tikiləcək

  • By admin
  • 23 İyun 2020 09:06

Rusiyanın Moskva şəhərində taxtadan çoxmərtəbəli bina inşa ediləcək.

Gununsesi.org “İnterfaks”a istinadən xəbər verir ki, binanın tikintisi 2021-ci ilin yayına planlaşdırılır.

Bina CLT (cross-laminated timber) texnologiyasına uyğun olaraq inşa ediləcək – ağac panellər bir-birinə yapışdırılmış taxta qatlardan hazırlanacaq. Burada, əsasən, iynəyarpaqlı ağac materialından istifadə ediləcək.

Qeyd edilir ki, hələlik layihə üzərində iş aparılır. Layihələndirmə bitəndən sonra smeta hesablanacaq və binanın harada tikiləcəyi açıqlanacaq.

Gununsesi.org