

Səbəb rusiyalı diplomatların prezident seçkilərini izləməsinə imkan verilməməsidir Kreml rus diplomatlarının Amerikadakı prezident seçkilərini izləmək üçün yaratdığı məhdudiyyətə etiraz olaraq Ağ evə etiraz notası verib.
Gununsesi.info “RİA-Novosti”-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, artıq nota ABŞ-ın Moskvadakı səfirliyinə çatdırılıb.
Kreml rusiyalı diplomatların Amerikada keçirilən prezident seçkilərində seçki mənətəqlərinə buraxılmamasını və onların fəaliyyətinə məhdudiyyət qoyulmasını kobud qanunsuzluq hesab edir.
Nazir müavini onu da bəyan edib ki, Amerikanın xüsusi xidmət orqanları rusiyalı diplomatlara müxtəlif formada təzyiq etməklə yanaşı, onları təhdid edir. “Vaşinqtonun rusiyalı dilomatlara qarşı bu cür hərəkəti yol verilməzdir və beynəxalk konvensiyaları kobud surətdə pozmaqdır”- deyə, o əlavə edib.
S.Ryabkov onu da əlavə edib ki, Kreml də öz növbəsində gələcəkdə Rusiyada keçiriləcək seçkilərdə amerikalı diplomatların seçki prosesini izlməyə şərait yaradılmayacaq.
Gununsesi.info