Heydərabaddan (Hindistan) Moskvaya uçan “Boeing” təyyarəsi ön dayaq şassisində problem yarandığına görə Azərbaycanın paytaxtında təcili eniş etməli olub.
Gununsesi.info-nun məlumatına əsasən, fövqəladə hadisə nəticəsində zərərçəkən olmayıb. Layner yedəklə təmir meydançasına aparılıb və hazırda texnikalar ona baxış keçirirlər.
Baş verən hadisə ilə bağlı digər informasiyalar dəqiqləşdirilir.
Gununsesi.info











