‘Moskviç 401’, ‘QAZ-24’, ‘Jaguar’… - Eldar Mahmudovun əmisi oğlunun maşın kolleksiyası

  • By admin
  • 30 Mart 2022 09:08

Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat nəticəsində həbs olunan vəzifəlilərdən biri də o vaxt ki, nazir Eldar Mahmudovun əmisi oğlu və köməkçisi Vüqar Mahmudov olmuşdu. Polkovnik-leytenant rütbəsini daşıyan 1977-ci il təvəllüdlü Mahmudov həm də MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini idi.

MTN-in bir sıra generalları, polkovnikləri və digər zabitləri 2015-ci ilin oktyabrında keçirilən əməliyyatdan dərhal sonra həbs olunsa da, Vüqar Mahmudov iki il sonra – 2017-ci il noyabrın 3-də məsuliyyətə cəlb edilmişdi. O, iki il həbsdə saxlandıqdan sonra – 2019-cu il noyabrın 28-də Bakı Hərbi Məhkəməsindən azadlığa buraxıldı.

Sabiq nazirin qohumu və köməkçisi əməliyyat tədbirlərinə, agentlərə və s. büdcədən ayrılan vəsaitləri mənimsəmə, bir sıra iş adamları və başqa şəxsləri heç bir əsas olmadan MTN-ə gətirdib zorla onların özləri və ya yaxınlarının pulunu, əmlaklarını ələ keçirmə kimi əməllərdə suçlanırdı. Bakı Hərbi Məhkəməsi onunla bağlı hədə-qorxu ilə tələbetmə, cinayət yoluyla-əldə olunmuş pul və əmlakların leqallaşdırılması kimi ittihamlara xitam verdi. Polkovnik Mahmudov külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə təqsirli bilinsə də, ona münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsi tətbiq olunub və hökm oxunan günə qədər həbsdə qaldığı 2 il 25 günlük azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmün elanından dərhal sonra da məhkəmə zalından azad edilib.

Gununsesi.info