Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək - MÜNASİBƏTLƏRİ DÜZƏLTMƏK ÜÇÜN

  • By admin
  • 05 Yanvar 2018 09:00

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu yanvarın 6-da Almaniyaya səfər edərək alman həmkarı Ziqmar Qabriel ilə danışıqlar aparacaq.

Gununsesi.info xəbər verir ki, danışıqlar zamanı Türkiyə və Almaniya arasında münasibətlərinin normallaşdırılması yolları müzakirə ediləcək.

Məlumata görə, danışıqlar Ziqmar Qabrielin dünyaya gəldiyi Qoslar şəhərində keçiriləcək.

Əvvəlki görüş 2017-ci ilin noyabrın 5-də Mövlud Çavuşoğlunun doğulduğu Antalya şəhərində keçirilmişdi.

Gununsesi.info